Qaynar xətt:

(+99450) 247 90 86

Şagird idman müəllimini öldürdü

Şagird idman müəllimini öldürdü

DÜNYA

395

28.03.2023, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Braziliyanın San-Paulu əyalətində məktəbdə şagirdin bıçaqla hücumu nəticəsində bir müəllim ölüb, 4 nəfər yaralanıb.

Oxu24.com  xarici  mediaya  istinadən  xəbər  verir   ki, Tomazia Montroro adlı dövlət məktəbində 13 yaşlı şagird bədən tərbiyəsi müəlliminə hücum edib.

Hücumda 71 yaşlı müəllim Elisabeth Tenreiro həyatını itirərkən, hücumçunun qarşısını almağa çalışarkən 3 müəllim və 1 şagird yaralanıb.

Bildirilib ki, Tenreyro ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, xəstəxanada ölüb.

Hücum edənin digər müəllimlər tərəfindən zərərsizləşdirilərək polisə təhvil verilib.

San-Paulu polisi hücumla bağlı araşdırmalara başlayıb.

 

Tərcümə: Miri Məcidli