Qaynar xətt:

(+99450) 247 90 86

Rus xakerlər Fransa parlamentinin saytını dağıtdı

Rus xakerlər Fransa parlamentinin saytını dağıtdı

DÜNYA

428

27.03.2023, 21:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa parlamentinin saytı rusiyapərəst hakerlərin hücumuna görə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Oxu24.com xəbər  verir  ki, bu barədə Fransanın BFM TV telekanalı məlumat yayıb.

“Fransa Milli Assambleyasının portalı martın 27-də bir neçə saat ərzində fəaliyyətini dayandırdı. Hücuma görə məsuliyyəti Rusiyayönlü hakerlər öz üzərinə götürüb.


Eyni zamanda, kanal resursa girişlə bağlı problemlərlə hansı haker qrupunun məşğul olduğunu dəqiqləşdirməyib. Daha sonra hücuma görə məsuliyyəti Rusiyanın NoName057 qrupunun hakerləri öz üzərinə götürüblər.

Başqa bir yazıda rus hakerlər Fransa hakimiyyətinin “ölkə vətəndaşlarının problemlərini həll etmək əvəzinə” Ukraynanı dəstəklədiyi müddətcə Fransa qurumlarına hücumlarını davam etdirəcəklərini bildiriblər.

 

Tərcümə: Miri Məcidli