Qaynar xətt:

(+99450) 247 90 86

Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs həbs edildi

Polşada Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəxs həbs edildi

DÜNYA

278

27.03.2023, 20:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşada Rusiyanın leyhinə casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb.

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalındakı Qdansk şəhər prokurorluğundan verilən açıqlamada şübhəlinin istintaq tamamlanana qədər 3 ay müddətinə həbs oluna biləcəyi bildirilib.
 

Açıqlamada naməlum şəxsin Rusiya kəşfiyyatına məlumat verdiyini etiraf etdiyi qeyd olunub.

Prokurorluğun sözçüsü sözügedən əcnəbinin yanvar ayından Polşada olduğunu və ölkənin şimalındakı əsas infrastruktur və təhlükəsizlik prosedurları haqqında məlumat topladığını deyib.
Şübhəlinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

 

Nigar