Qaynar xətt:

(+99450) 247 90 86

İsraildən  uçuşlar dayandırılıb

İsraildən  uçuşlar dayandırılıb

DÜNYA

509

27.03.2023, 17:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

Oxu24.com  “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail hava limanlarının həmkarlar ittifaqlarının lideri, “Likud” Partiyasının üzvü Pinxas İdan məlumat verib.

“Hava limanında uçuşların dərhal dayandırılması ilə bağlı əmr verdim”, - o deyib.

Qeyd edək ki, “Histadrut”un sədri Arnon Bar-Davidin hökumətin mübahisəli məhkəmə islahatına qarşı işçilərin tətilini elan etməsindən bir neçə dəqiqə sonra Pinxas İdan uçuşların dayandırıldığı barədə məlumat verib.

Nigar