Qaynar xətt:

(+99450) 247 90 86

Nazirliyin yanında terror: Ölənlər var

Nazirliyin yanında terror: Ölənlər var

DÜNYA

332

27.03.2023, 16:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyi yaxınlığında  terror  hücumu nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub.

Oxu24.com xəbər  verir   ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zedran mətbuata verdiyi açıqlamada hücumçunun Nazirliyin yerləşdiyi küçənin girişindəki keçid məntəqəsinə yaxınlaşarkən təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyini və üzərindəki bombanın partladığını bildirib. 

Hücumda 6 mülki vətəndaşın həyatını itirdiyini bildirən Zedran, 3-ü Taliban üzvü olmaqla bir neçə nəfərin yaralandığını bildirib.

Kabilin ən böyük sağlamlıq mərkəzlərindən biri olan Təcili Tibbi Yardım Xəstəxanasının sosial media hesabından verilən məlumata görə, Xarici İşlər Nazirliyi yaxınlığındakı bombalı hücumda həyatını itirən 2 nəfərin cəsədi xəstəxanaya aparılıb.

Hücum nəticəsində biri uşaq olmaqla 12 nəfər yaralanıb.

Taliban rəsmiləri hələlik açıqlama verməsələr də, heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Tərcümə: Miri Məcidli