ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
02 Oktyabr 2026, 22:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
365
27.03.2023, 15:48
Ötən həftə Milanda ev dustaqlığından qaçan Krasnoyarsk diyarının rəhbərinin oğlu, iş adamı Artyom Uss hələ də İtaliyada ola bilər. İzlər Ussun daşınmaz əmlakının olduğu Sardiniya adasına aparır.
Oxu24.com xəbər verir ki, bu barədə yerli “Cagliaripad” nəşri məlumat yayıb.
Ussun ekstradisiyasını ABŞ tələb edir. Ötən həftə İtaliyanın birinci instansiya məhkəməsi onun ekstradisiyası ilə bağlı qərar qəbul edib. Bundan dərhal sonra rus qubernatorunun oğlunun qaçdığı məlum olub.
Artyom Uss qaçarkən şəxsi təyyarədən və saxta sənədlərdən istifadə edə bilərdi. Bununla bağlı “La Repubblica” polisə istinadən məlumat yayıb. Qəzet onun qaçmasına Rusiya xüsusi xidmət orqanlarının kömək göstərdiyini ehtimal edir. Kiçik Uss Milanda mənzildən çıxdıqdan sonra başqa şəxsin idarə etdiyi avtomobilə minib. Bundan əvvəl Uss onun hərəkətini izləyən elektron bilərziyi kəsib.
Artyom Ussun Rusiyaya yüksək texnologiyalı məhsullar gətirən şəbəkəyə bağlı olduğu iddia edilir.
Sardiniya mediasının məlumatına əsasən, Uss Milandan şəxsi təyyarə ilə və çox güman ki, saxta sənədlərlə uçub. Araşdırma nəticəsində məlum olub ki, Artyom Uss Kiprdə bir firma vasitəsilə Sardiniyanın şərq sahillərində hotelləri olan “Luxury Sardinia” şirkətinin səhmdarına çevrilib. Ussun Sardiniya bankında hesabı da var.
ABŞ prokurorlarının təsbitlərinə görə, Artyom Uss Venesueladan yüz milyonlarla barel nefti Rusiya və Çin alıcılarına satıb. Bundan başqa, 41 yaşlı iş adamı silah istehsalında istifadə olunan elektron avadanlıqları Rusiyaya satmaqda ittiham olunur. ABŞ hüquq-mühafizə orqanları Ussun şirkətləri vasitəsilə ən yeni texnologiyaları Rusiyaya göndərdiyini güman edir. Söhbət Rusiyanın qırıcılarında, raket sistemlərində, yüksək dəqiqli döyüş sursatlarında, radarlarda və peyklərdə istifadə olunan müasir yarımkeçiricilər və mikroprosessorlardan gedir.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.