Qaynar xətt:

(+99450) 247 90 86

İran bu ölkədə səfirlik açmaq istəyir

İran bu ölkədə səfirlik açmaq istəyir

DÜNYA

394

27.03.2023, 15:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Liviyanın Milli Birlik Hökumətinin (GNU) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəclə Manquş ilə telefon danışığı zamanı İranın Tripolidə səfirliyinin açılması imkanını müzakirə edib.

Oxu24.com xəbər  verir  ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

İran agentliyinin məlumatına görə, Abdullahiyan Mənquşu Tehrana dəvət edib və o, təklifi qəbul edib.

Səfər zamanı gündəmə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən İranın Liviyadakı səfirliyinin işinin bərpası da daxil ediləcək.

 

Tərcümə: Miri Məcidli