Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçirib

Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçirib

DÜNYA

350

27.03.2023, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağlıq ərazilərində təlim həyata keçirib.

Oxu24.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, hərbçilər kəşfiyyat-axtarış fəaliyyəti, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili, kamuflyaj növləri, həmçinin xəritədə naviqasiya üzrə və s. təlimlər keçiriblər.

Xüsusi təyinatlılar həm də müxtəlif məsafələrdən və mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endirib.

Nigar