Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarənin komandiri uçuş zamanı huşunu itirib

Təyyarənin komandiri uçuş zamanı huşunu itirib

DÜNYA

275

25.03.2023, 22:36

Rumıniyanın Timişoara şəhərindən Misirin Hurqada şəhərinə istiqamət alan “Tarom” aviaşirkətinə məxsus təyyarənin komandiri uçuş zamanı huşunu itirib.

Oxu24.com xəbər verir ki, bu barədə Rumıniyanın “Digi 24” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təyyarə digər ekipaj üzvləri tərəfindən Otopeni hava limanına məcburi eniş edib.

Bildirilib ki, təyyarə Bolqarıstan səmasında olarkən komandir özünü pis hiss edib. Bundan sonra təyyarənin Buxarest hava limanına endirilməsi qərara alınıb.

Miri Məcidli