Qaynar xətt:

(+99450) 247 90 86

Aİ Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyaları müzakirə edir

Aİ Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyaları müzakirə edir

DÜNYA

266

25.03.2023, 18:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa İttifaqı (Aİ) Rusiyaya yardım etdiklərinə görə Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Oxu24.com  xəbər verir  ki, bu barədə şənbə günü, martın 25-də “The Telegraph” nəşri Aİ-nin əlində olan daxili sənədə istinadən məlumat yayıb.


“Biz üçüncü ölkələrdəki fiziki şəxslərə və qurumlara aydın mesaj göndərməliyik. Rusiya Silahlı Qüvvələrinə və hərbi-sənaye kompleksinə maddi dəstəyin göstərilməsi onların Aİ bazarına çıxışına təsir edəcək ciddi nəticələrə səbəb olacaq”, - sənədin mətnində deyilir.

Nəşrin məlumatına görə, sanksiyalar rejiminə məruz qalan avadanlıq və malların Rusiyaya reeksportunda iştirakına dair sübutlar olduqda istənilən ölkə, şirkət və ya fiziki şəxsə qarşı Aİ-nin vahid bazarına çıxışa məhdudiyyətlər qoyula bilər. Birincisi, Aİ diplomatik kanallar vasitəsilə Mərkəzi Asiya ölkələrinin rəhbərliyinə sanksiyalar rejiminin pozulmasının mümkün nəticələri barədə xəbərdarlıq etməyi planlaşdırır.

Nəşr qeyd edib ki, Aİ rəhbərliyi Asiya ölkələrinə ixracın artımını qeyd edir. Avropa qorxur ki, bu texnologiyalar ona qoyulan məhdudiyyətlərdən yan keçərək Rusiyaya daxil olur. Avropa malların həqiqətən də məhdudiyyətlərdən yayınaraq Rusiyaya daxil olduğuna dair sübut tapacağı təqdirdə, Aİ Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

 

Tərcümə: Miri Məcidli