Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Kahramanmaraşda

Ərdoğan Kahramanmaraşda

DÜNYA

299

23.03.2023, 20:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı zəlzələdən zərər çəkən Kahramanmaraş şəhərinə gedib.

Oxu24.com TRT Haber-ə istinadən  xəbər  verir  ki,AFAD Kocaeli Bazarını ziyarət edən və görülən işlər haqqında məlumat alan Ərdoğan vətəndaşlarla görüşüb.

Prezident Ərdoğanı MHP sədri Dövlət Baxçalı, Böyük Birlik Partiyasının sədri Mustafa Destici və nazirlər müşayiət edib.

Prezident Ərdoğan yoxlamalardan sonra ilk mərhələdə zəlzələdən zərər çəkmiş 11 vilayətdə tikiləcək  17 min 902 iqamətgahın təməlqoyma mərasimində iştirak edib.

Bu gün zəlzələ qurbanları ilə ilk iftarını açacaq Ərdoğan Ramazan ayı boyunca zəlzələ bölgəsinin vətəndaşları ilə görüşməyə davam edəcək.

Zəlzələdən zərər çəkmiş 11 əyalətdə 46 min 500 evin tikinti prosesi başlayır. Birinci mərhələdə bu gün prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ümumilikdə 17 902 iqamətgahın təməli qoyulub.

 

Tərcümə: Miri Məcidli