Qaynar xətt:

(+99450) 247 90 86

Fransa ukraynalı pilotlar üçün təlim xəbərlərini təkzib edir

Fransa ukraynalı pilotlar üçün təlim xəbərlərini təkzib edir

DÜNYA

681

23.03.2023, 19:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa ukraynalı pilotların Mirage 2000 tipli döyüş təyyarələrində təlim keçməsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Oxu24.com xəbər  verir  ki, Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya Nümayəndəliyinin müvəqqəti direktoru Yann Qreyvete Dövlət Departamentinin həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qravete bildirib ki, ukraynalı pilotların Fransada Mirage 2000 təyyarələri ilə təlim keçdiyi barədə yayılan xəbərlər yalandır.

Fransa prezidenti Emmanuel Makronun yanvarın 31-də Ukraynaya döyüş təyyarələri göndərilməsi ilə bağlı "Heç nədən söhbət gedə bilməz" sözlərini xatırladan Gravethe, Fransanın ukraynalı pilotlara təlim keçmədiyini, ölkəsinin Ukrayna ekipajlarına xüsusilə yerüstü hava hücumundan müdafiə və hava hücumundan müdafiə sahəsində kömək edəcəyini bildirib. 

İlin sonuna qədər 1200 Ukrayna əsgərinin Fransada xüsusi təlim keçəcəyini qeyd edən Yann Gravethe, Avropa Birliyinin Ukraynaya Hərbi Yardım Missiyası çərçivəsində 150 ​​Fransız əsgərinin Polşada, ayda 600 Ukrayna əsgərinin isə təlim keçəcəyini xatırladıb.

 

Tərcümə: Miri Məcidli