Qaynar xətt:

(+99450) 247 90 86

Akarla Şoyqu Qarabağı müzakirə edib

Akarla Şoyqu Qarabağı müzakirə edib

DÜNYA

245

22.03.2023, 22:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  Türkiyə Milli Müdafiə Nazirliyininn  mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Ukraynadakı vəziyyət, Qara dəniz dəhlizi ilə taxıl tədarükü, eləcə də Suriyanın şimalındakı vəziyyət müzakirə olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatında  ​​deyilir ki, Akar və Şoyqu Suriya və Ukrayna məsələlərindən əlavə, Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti də müzakirə ediblər.

 

Tərcümə: Miri Məcidli