Qaynar xətt:

(+99450) 247 90 86

İranda avtobus aşdı: Ölən və xeyli yaralı var

İranda avtobus aşdı: Ölən və xeyli yaralı var

DÜNYA

335

22.03.2023, 10:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb.

Oxu24.com  İRNA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlireza Rezai bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 04:06-da Bircənd-Sarbiş yolunun 25-ci kilometrində, Mod şəhərindən 5 kilometr məsafədə avtobus aşıb.

Ə.Rezai məlumat verib ki, 41 nəfər xəstəxanaya çatdırılıb, 3 yaralıya isə yerində tibbi yardım göstərilib.

Nigar