Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər Türkiyə Prezidenti olmaq istəyir - SİYAHI

Bu şəxslər Türkiyə Prezidenti olmaq istəyir - SİYAHI

DÜNYA

297

21.03.2023, 23:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) 11 namizədin prezident seçkilərində iştirak üçün müraciətini qəbul edib.

Oxu24.com xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Bildirilir ki, Komissiya sənədləri yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var. Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları MSK-ya təqdim etməlidir.

Təsdiqlənən namizədlər arasında Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Muhammed Ali Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkal da yer alır.

 

Miri Məcidli