Qaynar xətt:

(+99450) 247 90 86

Niderland da dövlət qulluqçularına TikTok-u qadağan edir

Niderland da dövlət qulluqçularına TikTok-u qadağan edir

DÜNYA

266

21.03.2023, 18:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Niderland tezliklə dövlət işçilərinə iş üçün istifadə olunan mobil telefonlara TikTok proqramını yükləməyi qadağan edəcək. 

Oxu24.com  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra van Huffelen parlamentin aşağı palatasına ünvanladığı məktubda qeyd edib.
 

Bildirilir ki, ilkin mərhələdə dövlət qulluqçularının bu proqramdan könüllü imtina etməsi təşviq ediləcək, daha sonra isə ölkə rəhbərliyi məcburi qaydalar tətbiq etməyə başlayacaq.
Xatırladaq ki, bir müddət əvvəl Belçika və Böyük britaniyada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib.

Belçika Kibertəhlükəsizlik Mərkəzinin xəbərdarlığına görə, TikTok istifadəçilərdən məlumatlar toplayır. Bununla yanaşı, bir çox digər ölkələrdə də TikTok-la bağlı oxşar qadağalar tətbiq edilib.