Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85148
az

Məşhur aktyor vəfat etdi

09:0021 Mart, 2023
437
  • A
Britaniyalı aktyor Pol Qrant 56 yaşında vəfat edib. Oxu24.com xəbər verir ki, bu barədə ölkənin “The Sun” qəzeti sənətçinin ailəsinə istinadən məlumat yayıb. Qrantın yaxınları bildiriblər ki, o, martın 16-sı axşam Londonun şimalındakı dəmir yolu vağzalının yanında şüursuz vəziyyətdə tapılıb. Aktyor paytaxt xəstəxanalarından birinə qaldırılıb, orada onun ölümü təsdiqlənib. Lakin, qəzetin bildirdiyinə görə, o, yalnız martın 19-da həyati təminat aparatından ayrılıb. Bu qərarın verilmə şəraiti və ölüm səbəbi barədə məlumat verilməyib. Nəşrin yazdığına görə, keçmişdə aktyor alkoqol və narkotik aludəçiliyi ilə mübarizə aparıb. Qeyd edək ki, hündürlüyü 132 sm olan Pol Qrant “Ulduz savaşları: Epizod 6 - Cedinin qayıdışı” filmində uydurma məxluqlar irqinin nümayəndələrindən biri evokun rolunu oynayıb. Daha sonra o, “Labirint”də yer alıb və “Harri Potter və fəlsəfə daşı” lentində qoblin rolunda çıxış edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub