Qaynar xətt:

(+99450) 247 90 86

Pakistan Türkiyəyə yardım göndərib

Pakistan Türkiyəyə yardım göndərib

DÜNYA

302

18.03.2023, 11:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra aparılan işlərə dəstək məqsədilə Pakistandan göndərilən humanitar yardım materiallarını daşıyan təyyarə Adanaya eniş edib.

Oxu24.com Türkiyə mediasına  istinadən  xəbər  verir  ki, son uçuşla Türkiyəyə  18 717 çadır göndərilib.

 

Humanitar yardım materiallarının çatdırılması üçün iki ölkə arasında qurulan hava körpüsü ilə sonuncu təyyarənin gəlməsi ilə ümumilikdə 18 min 717 çadırın Türkiyəyə daşınması tamamlanıb.

Qış şəraitinə və yanğına davamlı çadırlar təyyarədən boşaldılıb və zəlzələdən zərər çəkmiş bölgələrə daşınıb.

 

Tərcümə: Nigar