Qaynar xətt:

(+99450) 247 90 86

Politico: Çin şirkətləri Rusiyaya silah və zirehli jiletlər verib

Politico: Çin şirkətləri Rusiyaya silah və zirehli jiletlər verib

DÜNYA

378

17.03.2023, 09:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Çin şirkətləri Rusiya təşkilatlarına 1000-ə yaxın avtomat, həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri və zirehli jiletlər göndəriblər.
Oxu24.com-un məlumatına görə, bu barədə “Politico” ImportGenius aqreqatorunun təqdim etdiyi ticarət və gömrük məlumatlarına istinadən xəbər verir. Nəşr qeyd edib ki, tədarüklər 2022-ci ilin iyun və dekabr ayları arasında həyata keçirilib. Belə ki, Çinin ən böyük dövlət müdafiə podratçılarından biri olan “China North Industries Group Corporation Limited” keçən iyun ayında “CQ-A” avtomatları göndərib. Amerikanın “M-16” avtomatlarının modelinə uyğun olaraq hazırlanan “CQ-A”lar “Tekhkrim” şirkətinə göndərilib.
Hesab-fakturalarda avtomatlar “mülki ov tüfəngləri” kimi qeyd olunub. “CQ-A” Çinin hərbi polisi, eləcə də Filippin, Cənubi Sudan və Paraqvay ordusu tərəfindən istifadə olunur. Gömrük məlumatlarına görə, 2022-ci ilin sonunda Rusiya təşkilatları Çindən PUA-lar üçün 12 partiya ehtiyat hissələri, həmçinin 12 ton zirehli jilet alıb.