Tokayev Xəzərdəki hadisəyə görə onları da vəzifədən azad etdi
03 Oktyabr 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
210
16.03.2023, 16:13
Ukrayna Çin istehsalı olan PUA-nı vurub.
Oxu24.com xəbər verir ki, CNN in yaydığı məlumata görə, Ukrayna hərbçiləri Çin istehsalı olan pilotsuz uçuş aparatını vurub. Bu, hərbi əməliyyatlar üçün modifikasiya edilmiş “Mugin-5” kommersiya pilotsuz təyyarəsi olub.
Ukrayna hərbçiləri CNN-ə bildiriblər ki, onlar kiçik silahlarla pilotsuz uçan aparatı vurublar — cihaz çox aşağı hündürlükdə uçurdu. Telekanalın müxbiri PUA-nın gövdəsində güllə dəliklərinin göründüyünü təsdiqləyib.
CNN-ə müsahibə verən ekspertlərdən biri qeyd edib ki, dronda 3D çap edilmiş komponentlərdən hazırlanmış bomba buraxma mexanizmi var. Ekspert hesab edir ki, bu, dronun çoxlu istifadə üçün nəzərdə tutulduğunu göstərir.
Dronların istehsalında ixtisaslaşan Çinin Mugin Limited şirkəti Ukraynada vurulan PUA-nın onların olduğunu təsdiqləyib. Şirkətdə pilotsuz uçan aparatın bu cür istifadə edilməsi faktını "bədbəxtlik" adlandırıb və "onun qarşısını almaq üçün mümkün olan hər şeyi etdiklərini" bildiriblər.
Şirkət daha əvvəl öz pilotsuz təyyarələrinin hərbi məqsədlər üçün istifadəsini pisləyən bəyanatla çıxış etmiş, həmçinin genişmiqyaslı müharibə başlayandan bəri Rusiya və Ukraynadan sifariş qəbulunu dayandırdığını bildirmişdi.
CNN hadisə ilə bağlı şərh almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlasa da, hələlik cavab almayıb.
Tərcümə: Miri Məcidli
16:24 / 03 Oktyabr 2026
1
16:00 / 03 Oktyabr 2026
120
15:59 / 03 Oktyabr 2026
47
15:58 / 03 Oktyabr 2026
62
15:54 / 03 Oktyabr 2026
46
14:32 / 03 Oktyabr 2026
545
14:15 / 03 Oktyabr 2026
72
14:10 / 03 Oktyabr 2026
80
13:06 / 03 Oktyabr 2026
100
13:04 / 03 Oktyabr 2026
77
11:50 / 03 Oktyabr 2026
103
11:35 / 03 Oktyabr 2026
75
11:24 / 03 Oktyabr 2026
107
11:19 / 03 Oktyabr 2026
559
11:14 / 03 Oktyabr 2026
73
11:10 / 03 Oktyabr 2026
74
11:07 / 03 Oktyabr 2026
78
10:59 / 03 Oktyabr 2026
78
10:55 / 03 Oktyabr 2026
88
10:50 / 03 Oktyabr 2026
98
10:34 / 03 Oktyabr 2026
109
10:30 / 03 Oktyabr 2026
90
10:26 / 03 Oktyabr 2026
697
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.