Qaynar xətt:

(+99450) 247 90 86

Saakaşvilinin çəkisi 60 kq-dan aşağı düşüb

Saakaşvilinin çəkisi 60 kq-dan aşağı düşüb

DÜNYA

232

16.03.2023, 14:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin çəkisi 60 kiloqramdan aşağı düşüb.

Oxu24.com  xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze yerli mətbuata açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, Saakaşvilinin səhhətindəki problemlər ciddidir və pis nəticələrə gətirib çıxara bilər.

Şalva Xaçapuridze Saakaşvilinin Gürcüstanın yeni insan haqları müvəkkili Levan İoseliani ilə görüşməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin çəkisinin həbs edilməzdən əvvəl 120 kiloqram olduğu bildirilib.