Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84923
az

Kanada Ukraynaya 8 ədəd “Leopard 2” tankı verəcək

09:1616 Mart, 2023
119
DÜNYA
  • A
Kanada yaxın həftələrdə Ukraynaya səkkiz ədəd “Leopard 2” tankı verəcək Oxu24.com “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand bildirib. “Kanada hazırda Ukraynada yerləşdirilən hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün Silahlı Qüvvələrinin arsenalından təxminən 8 min 155 mm-lik mərmi, eləcə də 12 zenit raketi təhvil verəcək”, - onun bəyanatında bildirilir. Nazir qeyd edib ki, Kanada həmçinin 1 800-dən çox 105 mm-lik tank təlim sursatı verəcək. Bu sursat Danimarka, Almaniya və Niderlandın elan etdiyi “Leopard 1” tanklarının bağışlanması proqramını dəstəkləyəcək. Anandın sözlərinə görə, Silahlı Qüvvələr fevralın sonunda Kanadanın vəd etdiyi əlavə “Leopard 2” əsas döyüş tanklarını çatdırmağa başlayıb. Kanada Ukraynaya səkkiz ədəd “Leopard 2” əsas döyüş tankı verib. Onlardan dördü artıq Kanada Silahlı Qüvvələrin bir qrup şəxsi heyətinin Ukrayna əsgərlərinə tanklardan istifadə etməyi öyrətdiyi Polşaya çatdırılıb. Səkkiz “Leopard 2” əsas döyüş tankının hamısının, eləcə də Kanadanın verdiyi zirehli xilasetmə maşınının, dəstək avadanlığı və sursatının yaxın həftələrdə Ukraynada olacağı gözlənilir. 2022-ci ilin fevralından Kanada Ukraynaya 1 milyard dollardan çox hərbi yardım göstərib. "Kanada Rusiyanın qanunsuz və əsassız müharibəsinə qarşı mübarizədə qətiyyətlə Ukraynanın yanındadır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndiririk və Ukraynanın hərbi ehtiyaclarına hərtərəfli hərbi yardımla cavab verməyə davam edirik”, - nazir bildirib. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Londonda güclü partlayışlar baş verdi -VİDEO
İsrail ordusu üzücü xəbəri ELAN ETDİ: "Bir neçə saat sonra..."
Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var