Bölgəyə Türkiyə ordusu yerləşdirilərsə, İsrailin addımları..
03 Oktyabr 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
582
15.03.2023, 22:06
Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiyaya işləyən və ölkədə təxribat fəaliyyətinə hazırlaşan casus şəbəkəsini ifşa edib.
Oxu24.com xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.
İstintaq çərçivəsində ABW əməkdaşları 6 nəfəri saxlayıb, şəbəkə fəaliyyəti ilə əlaqədar dəmir yolu relslərində və milli əhəmiyyətli infrastrukturda həyəcan siqnalı verilib.
Saxlanılanlar Rusiya xüsusi xidmət orqanlarında işlədiyi güman edilən “şərq sərhədindən kənarda olan” əcnəbilərdir. ABW agentləri onları mühüm marşrutlarda və dəmir yolu qovşaqlarında relslərdə hərəkəti qeydə alan və görüntüləri şəbəkəyə ötürən gizli kameraların aşkarlanması ilə əlaqədar saxlayıblar.
RMF FM-ə daxil olan məlumata görə, söhbət ilk növbədə Podkarpakye Voyevodalığında - xüsusən də Rzeszov yaxınlığındakı Yasionets hava limanının yaxınlığında yerləşən dəmir yolu relslərinin hissələrindən gedir. Hava limanı Qərbin Ukraynaya göndərdiyi silah və sursatların əsas tranzit məntəqəsidir.
Polşanın digər yerlərində də kameralar quraşdırılıb.
Xüsusi əməliyyatla əlaqədar xidmətin əməkdaşları və polis yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Polşada strateji əhəmiyyətli dəmir yolu xətlərinin təhlükəsizliyinə xüsusi diqqət yetirir və mühüm mühüm infrastruktur obyektlərinin mühafizəsi də gücləndirilib.
Qeyd edək ki, son aylar Polşada bir neçə dəfə Rusiyaya işləməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Yalnız bu ilin yanvarında casusluqda ittiham olunan rus və belarusluya qarşı iş ölkə məhkəməsinə göndərilib.
Tərcümə: Miri Məcidli
19:14 / 03 Oktyabr 2026
1
19:03 / 03 Oktyabr 2026
28
18:51 / 03 Oktyabr 2026
47
18:41 / 03 Oktyabr 2026
46
18:31 / 03 Oktyabr 2026
48
18:25 / 03 Oktyabr 2026
53
18:20 / 03 Oktyabr 2026
61
18:15 / 03 Oktyabr 2026
51
18:02 / 03 Oktyabr 2026
53
17:52 / 03 Oktyabr 2026
351
17:40 / 03 Oktyabr 2026
59
16:24 / 03 Oktyabr 2026
98
16:00 / 03 Oktyabr 2026
402
15:59 / 03 Oktyabr 2026
90
15:58 / 03 Oktyabr 2026
175
15:54 / 03 Oktyabr 2026
81
14:32 / 03 Oktyabr 2026
788
14:15 / 03 Oktyabr 2026
92
14:10 / 03 Oktyabr 2026
95
13:06 / 03 Oktyabr 2026
126
13:04 / 03 Oktyabr 2026
83
11:50 / 03 Oktyabr 2026
132
11:35 / 03 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.