Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-ın Qara dənizdə vurulan pilotsuz aparatı haranı çəkirmiş? - ŞOK DETALLAR

ABŞ-ın Qara dənizdə vurulan pilotsuz aparatı haranı çəkirmiş? - ŞOK DETALLAR

DÜNYA

852

15.03.2023, 20:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qara dənizdə qəzaya uğrayan Amerikanın MQ-9 pilotsuz təyyarəsinə quraşdırılmış videokameralar Krımı beynəlxalq hava məkanından izləməyə imkan verib.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə ABŞ hərbi departamentinin adının açıqlanmayan nümayəndəsinə istinadən “The New York Times” qəzeti məlumat yayıb.


Onun sözlərinə görə, MQ-9 pilotsuz uçan aparatı Rumıniyadakı bazadan müntəzəm kəşfiyyat missiyası üçün buraxılıb.

 

Pentaqonun sözçüsü qeyd edib ki, oxşar missiyalar Ukraynada müharibə başlamazdan əvvəl həyata keçirilib və 10 saata qədər uçuşlar davam edib.

 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Amerika pilotsuz uçan aparatları kəşfiyyat məlumatlarını toplayır və sonradan Kiyev  həmin məlumatlardan  Rusiya qüvvələrinə və Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edir.

 

Tərcümə: Miri Məcidli