Qaynar xətt:

(+99450) 247 90 86

Ərəblər qiyməti artırır: Messiyə 220 milyon təklif olunur

Ərəblər qiyməti artırır: Messiyə 220 milyon təklif olunur

DÜNYA

414

15.03.2023, 17:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ulduz futbolçu Lionel Messinin transferində israrlıdır. 
OXU24.COM  xəbər verir ki, ərəblər keçidin baş tutması üçün şərtləri dəyişməyə və məbləği artırmağa hazırdır. 
 
"Marca" yazır ki, "Əl Hilal" Argentina millisinin üzvünə ilinə 220 milyon avro ödəməyə razıdır. 
 
Messi klubu PSJ ilə sözləşməni hələ yeniləməyib. Onun atası Xorxe Messi ərəblərlə danışıqlar üçün ötən gün Ər-Riyada səfər edib. 
 
Keçid baş tutarsa, Messi Kriştianu Ronaldu "Əl Nəsr"də aldığı kimi, ilinə 220 milyon avro qazanacaq.