Qaynar xətt:

(+99450) 247 90 86

Blinken Efiopiyada səfərdədir

Blinken Efiopiyada səfərdədir

DÜNYA

316

15.03.2023, 09:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfərdədir.

Oxu24.com  xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel tviterdə paylaşım edib.

“Dövlət katibi Blinken bizim Efiopiya və Afrika İttifaqı Komissiyası ilə tərəfdaşlığımızı möhkəmlətmək üçün Əddis-Əbəbədədir”, - tvitdə qeyd olunub.

Xatırladaq ki, daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays E. Blinkenin Efiopiyaya və Nigerə səfər edəcəyini bildirmişdi. Dövlət katibinin Nigerə səfəri amerikan diplomatiyasının tarixində ilk olacaq. Baş diplomatın Nigerin paytaxtı Niameyə ziyarəti martın 16-na planlaşdırılıb.

 

Nigar