Rusiya Prezidenti Vladimir Putinin bu il Qazaxıstana səfəri gözlənilir.
Oxu24.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Rusiya səfiri Aleksey Borodavkinlə görüşdə Vladimir Putinin Qazaxıstana gözlənilən səfərini və eləcə də bu ilin payızında Kostanayda XIX Regionlararası Əməkdaşlıq Forumunun keçiriləcəyini vurğulayıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR