Qaynar xətt:

(+99450) 247 90 86

Bara silahlı hücum:Xeyli sayda ölən var

Bara silahlı hücum:Xeyli sayda ölən var

DÜNYA

234

13.03.2023, 08:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meksikanın Quanaxuato əyalətinin Celaya şəhərində El Estadio adlı bara bombalı və silahlı hücum təşkil edilib.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, hücum edənlərin bara girərək təsadüfi atəş açdıqları və hücum zamanı özləri ilə gətirdikləri əldəqayırma partlayıcılardan istifadə etdikləri bildirilib.

Hücumda 9 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Hadisə şahidləri bildiriblər ki, barda olan bir çox insan yüksək musiqidən atəş səslərini eşitməyib və hücumu gec görüblər. 


Hadisədən sonra əyalət polisi və Milli Qvardiya bölgəyə göndərilib, hücum edənlər isə təhlükəsizlik qüvvələri gələnə qədər hadisə yerindən qaçıblar. Hücum edənlərin tutulması üçün əməliyyata başlanıldığı bildirilib.

 

Tərcümə: Nigar