Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Baxmutda bir gecədə nə qədər itki verib?

Rusiya Baxmutda bir gecədə nə qədər itki verib?

DÜNYA

342

13.03.2023, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində deyib ki, Rusiya Baxmut istiqamətində gedən döyüşlərdə hərbçiləri arasında çoxsaylı itkilər verir.

 

Oxu24.com Ukrayna mediasına  istinadən xəbər  verir  ki, onun sözlərinə görə, yalnız Baxmut istiqamətində Ukrayna hərbçiləri düşmənin 1100-dən çox əsgərini məhv edib.


“Bunlar Rusiyanın əvəzolunmaz itkiləridir, orada, Baxmut yaxınlığında itkilərdir.  Üstəlik, onlarla düşmən maşını məhv edilib. Həmçinin  Rusiyaya məxsus  silah-sursat anbarları yandırılıb" - deyə Zelenski xalqa müraciətində bildirib.

 

Bir müddət əvvəl Vaqner PMC-nin yaradıcısı Yevgeni Priqojin Baxmutda vəziyyətin çox ağır olduğunu bildirmişdi.

 

Tərcümə: Miri Məcidli