Qaynar xətt:

(+99450) 247 90 86

Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

DÜNYA

251

12.03.2023, 17:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının azı 10 tərəfdarı ölkənin cənubunda yerləşən Hilmənd əyalətində zəhərlənmə nəticəsində ölüb.

Oxu24.com xəbər verir ki, bu barədə bazar günü yerli mənbəyə istinadən Khaama Press agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü əyalətin mərkəzi hissəsində baş verib. Ən azı 10 radikal zəhərlənmiş yemək yeyib və tezliklə ölüblər, onların hamısı Taliban keçid məntəqəsini mühafizə edirdi.

Mənbə bunun planlaşdırılmış hadisə olduğunu iddia etsə də, insidentdə hansı təşkilatın əli ola biləcəyi barədə ətraflı məlumat verməyib.

Məlumata görə, Taliban tərəfindən təyin edilmiş yerli administrasiya nümayəndələri Hilmənddə öz yaraqlılarının ölümünü təsdiq etmir və bunu gizlətməyə çalışırlar.

Nigar