ABŞ və Çin süni intellektlə bağlı razılığa gəlir
03 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
394
12.03.2023, 14:58
İranda qızların təhsil aldığı orta məktəblərdə şagirdlərin naməlum kimyəvi qazla zəhərlənməsi halları artıb. Bununla bağlı ilk fakt ötən il noyabrın 30-da Qum şəhərində yerləşən "Nur" qızlar gimnaziyasında qeydə alınıb. Həmin gün 18 məktəblinin zəhərləndiyi barədə xəbər yayılıb. Sonrakı həftələrdə bu cür hallar təkrarlansa da, hakimiyyət orqanları məsələni ört-basdır etməyə, bununla bağlı informasiyanın yayılmamasına çalışıblar.
Lakin fevralın ilk ongünlüyündən başlayaraq hadisənin daha geniş miqyas alması İran hakimiyyətinin məsələni gizli saxlamaq və artıq silsilə xarakteri almış zəhərlənmə faktlarının ictimailəşməsinə mane olmaq səylərini heçə endirib. Martın 6-da isə Güney Azərbaycanın Mərənd şəhərindəki "Həzrəti Ruqəyyə" orta məktəbinə SEPAH terrorçuları tərəfindən kimyəvi hücum edilib. Bu hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb. Sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 7-də dünyasını dəyişib.
İranda məktəbli qızlar niyə öldürülür?
Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a bildirib ki, hücumların başlanmasından 100 gündən artıq zamanın keçməsinə baxmayaraq, zəhərlənmələrə səbəb olan maddə nədir, hadisələri törədənlər kimlərdir, hadisənin motivləri nədən ibarətdir kimi suallara İran rəsmiləri tərəfindən konkret açıqlama yoxdur.
"Son 3,5 ay ərzində İranın müxtəlif şəhərlərində minlərlə məktəbli məqsədli şəkildə kimyəvi hücumlara məruz qalıb və zəhərlənib. Son günlərdə isə bu kimyəvi hücumlar universitetlərə də çatıb. Bütün hücumlarda əsas hədəf qızlardır. İlk zəhərlənmə faktı Qum şəhərində qeydə alınanda İranın təhlükəsizlik orqanı tərəfindən yayılan informasiyaların panik ab-havada yığışdırılması və ümumiyyətlə, informasiyaların yayılmasının qarşısının alınması diqqətçəkən məsələlərdən idi. Hətta yayılan məlumatları şayiə adlandırıb bu vasitə ilə durumu ört-basdır etməyə çalışdılar. Buna nail olmadıqda isə rəsmilərin bir-birini inkar edən, bir-biri ilə 180 dərəcə ziddiyyət təşkil edən açıqlamalarına şahid olduq. Beynəlxalq qurumlar və dünya ictimaiyyətinin mövzu ilə bağlı açıq və şəffaf tədqiqatlar aparması, səbəbkarların mühakimə edilməsi yönündə olan tələblərinə qarşı İran rəsmilərinin müqavimət göstərməsi, silsilə cinayətlərin üzərindən sirr pərdəsinin qalxmasına xüsusi canfəşanlıqla imkan verməməsi şübhələri daha da gücləndirdi.
Tehranda zəhərlənən tələbələri müalicə edən həkimlərdən birinin ifadəsi diqqət çəkir. O deyir ki, zəhərlənmələrə səbəb olan maddə normal insanların normal həyatda rahatlıqla əldə edə biləcəyi bir maddə deyil. Bununla da birbaşa dövləti işarə etməkdədir. İran rejiminin "Bəsic" və SEPAH terror qruplaşmaları vasitəsilə qadınlara qarşı əvvəllər də oxşar hücumlar həyata keçirdiyini bilməyən yoxdur. Qadınları hicab qanununa riayət etməyə məcbur etmək məqsədilə onların üzlərinə kislota səpilməsi məhz bu qruplaşmalar tərəfindən dəfələrlə həyata keçirilib. Bu faktlara əsasən demək olar ki, təşkil olunmuş cinayətlərin arxasında birbaşa İran və onun terror qruplaşmaları dayanır. Hətta bu hadisələri birbaşa Xameneyinin oğlu Mujtaba Xameneyiyə bağlı olan terror qrupunun törətdiyini iddia edənlər də var", - ekspert vurğulayıb.
Çingiz Göytürkün sözlərinə görə, cinayətlərin törədilməsində əsas məqsəd son 6 ayda cərəyan edən proseslərdə rejimin yıxılan divarlarını yenidən bərpa etmək, cəmiyyət üzərində rejim qorxusunu geri qaytarmaqdır:
"Bu hadisələrdə xüsusilə qadınların hədəfə alınmasının səbəbi son 6 ayda İranda cərəyan edən proseslərdə məktəbli qızların, tələbələrin xüsusi fəallığı və rejimin məğlubiyyətinin qisasını məhz onlardan almaq istəməsidir. Əlbəttə, məsələlərin motivləri ilə bağlı digər iddiaları da gözardı etmək olmaz. Son günlərdə irəli sürülən əsas iddialardan biri ondan ibarətdir ki, İran kütləvi iğtişaşlara qarşı daha effektiv mübarizə aparmaq məqsədilə yeni silahlar istehsal edib. Bunlardan biri də məhz son 100 gündə məktəbli qızlar üzərində sınaqdan keçirilən kimyəvi hücum silahıdır. Digər bir iddiaya görə, İran dini mərkəzi Qumda qızların bəlli bir yaşdan sonra təhsil almasını İslama zidd olaraq qələmə verən dırnaqarası din alimlərinə bağlı terror qruplaşmaları onları məktəbə getməkdən çəkindirmək məqsədilə bu hücumları həyata keçirir. Silsilə cinayətlərin motivləri ilə bağlı İran rəsmilərinin açıqlamaları isə sadəcə olaraq gülüncdür. İran rəsmilərinə görə, bütün neqativ məsələlərdə olduğu kimi, bu məsələdə də sionistlərin və xarici düşmənlərin əli var".
03:58 / 04 Oktyabr 2026
66
00:16 / 04 Oktyabr 2026
95
23:56 / 03 Oktyabr 2026
71
23:26 / 03 Oktyabr 2026
77
22:53 / 03 Oktyabr 2026
79
22:48 / 03 Oktyabr 2026
74
22:41 / 03 Oktyabr 2026
93
22:29 / 03 Oktyabr 2026
84
22:13 / 03 Oktyabr 2026
157
22:08 / 03 Oktyabr 2026
102
21:24 / 03 Oktyabr 2026
85
21:09 / 03 Oktyabr 2026
104
20:57 / 03 Oktyabr 2026
127
20:51 / 03 Oktyabr 2026
100
20:38 / 03 Oktyabr 2026
105
20:27 / 03 Oktyabr 2026
588
20:14 / 03 Oktyabr 2026
102
20:03 / 03 Oktyabr 2026
464
19:52 / 03 Oktyabr 2026
594
19:51 / 03 Oktyabr 2026
129
19:46 / 03 Oktyabr 2026
80
19:34 / 03 Oktyabr 2026
82
19:34 / 03 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.