Qaynar xətt:

(+99450) 247 90 86

İsrail bu ölkəni vurdu - TƏCİLİ

İsrail bu ölkəni vurdu - TƏCİLİ

DÜNYA

613

12.03.2023, 13:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail raket zərbələri endirib.

Oxu24.com xəbər verir  ki,Suriya dövlət mediası ölkənin mərkəzindəki Tartus, eləcə də qərbdəki Həma əyalətindəki Masyaf şəhərinin bir neçə məntəqəsinə İsrail raketlərinin atıldığını bildirib.

İsrail mediası qeyd edib ki, Masyafda raketlərin hazırlanması və istehsalı üçün Suriya müdafiə sənayesi zavodu var.

Yerli sakinlər Suriya radiosuna bu ərazilərdə bir neçə partlayışın baş verdiyi barədə məlumat veriblər. Üç Suriya əsgəri də yaralanıb.

Suriya ordusunun sözçüsü İsrailin digər hücumları ilə müqayisədə bugünkü top atəşinin qeyri-adi vaxtına diqqət çəkib. Atışma əvvəllər olduğu kimi, gecə saatlarında deyil, sübh vaxtı həyata keçirilib.

Bəşər Əsəd rejiminə müxalif olan Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu iddia edir ki, iranpərəst  qrupların obyektlərinə hücum edilib.

Al Hadath telekanalı həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Suriya ordusunun tərəfində döyüşən iranyönlü birləşmələrin silah anbarları tərəfindən vurulduğunu bildirib.

 

Tərcümə: Miri Məcidli