Qaynar xətt:

(+99450) 247 90 86

Norveç Ukraynaya  hava hücumundan müdafiə sistemi verəcək

Norveç Ukraynaya  hava hücumundan müdafiə sistemi verəcək

DÜNYA

252

10.03.2023, 18:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Norveç hökuməti Ukraynaya iki "NASAMS" hava hücumundan müdafiə sistemi göndərəcək.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram Kiyevə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Ukraynanın əlavə hava hücumundan müdafiə sistemlərinə çox ehtiyacı var və Norveç bu mənada köməyini əsirgəməyəcək.

Norveç, həmçinin Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemindən istifadəni öyrədəcək.

Nazir xatırladıb ki, əvvəllər Oslo NASAMS sistemlərinin Ukraynaya çatdırılmasında kömək edib.

Ötən ilin oktyabrında ABŞ-ın iki "NASAMS" sistemini Ukraynaya təhvil verdiyi barədə məlumat yayılıb. Bundan əlavə, Kanada ötən ilin noyabrında Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım ayırdığını elan edib və bu vəsaitin əhəmiyyətli hissəsi Ukrayna üçün bir "NASAMS" və raketlərin alınmasına gedib.

 

Nigar