Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya vətəndaşlarına müraciət etdi: Bu ölkəyə getməyin!

Rusiya vətəndaşlarına müraciət etdi: Bu ölkəyə getməyin!

DÜNYA

484

10.03.2023, 09:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya vətəndaşlarına ölkədə etiraz aksiyalarının başlanması ilə əlaqədar Gürcüstan ərazisinə səfərdən çəkinmək tövsiyə olunub.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  j Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin saytında müraciət  dərc olunub.

“Əgər siz artıq ölkədəsinizsə, izdihamlı yerlərə, xüsusən də Batumi və Tbilisi şəhərlərinin tarixi mərkəzlərinə getməməyi tövsiyə edirik”, - nazirliyin açıqlamasında deyilir.

Nazirlik nümayəndələri onu da bildiriblər ki, lazım gələrsə, Gürcüstana turla gələnlər Turistlərə Yardım Assosiasiyasına kömək üçün müraciət edə bilərlər. Müstəqil səyahət edənlər bu ölkədə Rusiyanın maraqlarını təmsil edən İsveçrə səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Xatırladaq ki, martın 7-də Gürcüstanda kütləvi etiraz aksiyaları başlayıb. Vətəndaşların narazılığının əsas səbəbi ölkənin Avropa İttifaqına daxil olmasına mane ola biləcək xarici agentlər haqqında qanunun birinci oxunuşda qəbul edilməsi olub.

 

Tərcümə: Miri Məcidli