Qaynar xətt:

(+99450) 247 90 86

Tarixə düşən qadın 104 yaşında öldü

Tarixə düşən qadın 104 yaşında öldü

DÜNYA

378

09.03.2023, 22:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ağ qızılgül” antifaşist hərəkatının sağ qalan sonuncu üzvü   Traute Lafrentz 104 yaşında vəfat edib.

Oxu24.com xəbər  verir   ki,  bu   barədə Almaniyanın ən böyük xəbər agentliyi DPA Münhendəki "White Rose" Fonduna istinadən məlumat yayıb.

Lafrentsin ölüm səbəbi açıqlanmayıb.

Traute Lafrentz 3 may 1919-cu ildə Hamburqda anadan olub. Peşəsi ilə qadın həkim və antroposof idi.

İkinci Dünya Müharibəsi illərində nasizmin təzahürlərinə qarşı mübarizə aparan "Ağ qızılgül"  müqavimət qrupunun üzvü idi. 2019-cu ildə Almaniya Xarici İşlər Nazirliyi Lafrentsi “Xidmətlərə görə” ordeni ilə təltif edib.

 

Tərcümə: Nigar