İran ABŞ-nin təklifinə cavab verib
04 Oktyabr 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
404
09.03.2023, 18:39
Elm dünyası 2023 DW adlı nəhəng meteoritdən danışır. İlk dəfə fevralın 27-də aşkar edilən 2023 DW adlandırılan asteroidin diametrinin təxminən 50 metr olduğu təxmin edilir.
Musavat.com xəbər verir ki, asteroidi diqqətlə araşdıran ABŞ Kosmik və Aviasiya İdarəsindən (NASA) kritik xəbərdarlıq gəlib.
Agentliyin Yerlə toqquşma ehtimalı sıfırdan çox olan kosmik obyektləri ehtiva edən risk siyahısında 2023 DW birinci yerdədir. Asteroid Turin şkalası üzrə 1 bal toplayan yeganə meteorit kimi seçilir.
“New York Post” qəzetində yer alan xəbərə görə, sözügedən asteroid 23 il sonra Sevgililər Günündə Yer kürəsinə çırpıla bilər. Onun 14 fevral 2046-cı ildə Yerə çox yaxınlaşacağı gözlənilir.
6409a2534e3fe02554bc6065.jpg (63 KB)
NASA-nın Planet Müdafiə Koordinasiya Ofisinin rəsmilərinə görə, 2023 DW-nin planetimizə düşmə ehtimalı 600-də 1-dir. Avropa Kosmik Agentliyinin (ESA) Yerə Yaxın Obyektlər üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, ehtimal 625-də 1-dir.
Risk olduğunu bildirən ekspertlər buna baxmayaraq, bu ehtimalın kifayət qədər aşağı olduğunu vurğulayırlar.
Qeyd edək ki, "Double Asteroid Redirection Test" - DART missiyası NASA-nın bu asteroidlərə qarşı müdafiə axtarışları nəticəsində yaradılıb. Keçən il ilk dəfə planetin müdafiə sistemini sınaqdan keçirən NASA DART ilə asteroidin istiqamətini dəyişməyi bacarıb. "Yerin xilası layihəsi" olaraq tanınan DART ilə NASA bəşər tarixində ilk dəfə bir asteroidi təbii orbitindən çıxarıb.
330 milyon dollarlıq missiya Yerin meteor zərbəsi nəticəsində məhv olmasının qarşısını almaq üçün 7 ildir inkişaf etdirilən NASA-nın planetar mühafizə sisteminin ilk sınağıdır.
14:04 / 04 Oktyabr 2026
8
14:00 / 04 Oktyabr 2026
26
13:55 / 04 Oktyabr 2026
28
13:44 / 04 Oktyabr 2026
57
13:40 / 04 Oktyabr 2026
41
13:30 / 04 Oktyabr 2026
43
13:15 / 04 Oktyabr 2026
49
12:55 / 04 Oktyabr 2026
57
12:48 / 04 Oktyabr 2026
114
12:31 / 04 Oktyabr 2026
61
12:13 / 04 Oktyabr 2026
1027
12:10 / 04 Oktyabr 2026
1014
11:22 / 04 Oktyabr 2026
63
11:14 / 04 Oktyabr 2026
144
11:08 / 04 Oktyabr 2026
952
10:49 / 04 Oktyabr 2026
123
10:22 / 04 Oktyabr 2026
620
10:20 / 04 Oktyabr 2026
68
09:49 / 04 Oktyabr 2026
73
03:58 / 04 Oktyabr 2026
124
00:16 / 04 Oktyabr 2026
158
23:56 / 03 Oktyabr 2026
91
23:26 / 03 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.