Qaynar xətt:

(+99450) 247 90 86

Almaniya Ukraynaya daha iki “Gepard” zenit-raket kompleksi verib

Almaniya Ukraynaya daha iki “Gepard” zenit-raket kompleksi verib

DÜNYA

305

08.03.2023, 21:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir həftə ərzində Almaniya hökuməti Ukraynaya daha iki “Gepard” özüyeriyən zenit-raket kompleksi, habelə onlar üçün 6000-ə yaxın sursat təhvil verib.

Oxu24.com  xəbər verir ki, bu, rəsmi Berlinin Kiyevə təqdim etdiyi silahların yenilənmiş siyahısında göstərilib.

Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan bəri Kiyev cəmi 34 “Gepard” özüyeriyən zenit-raket kompleksi alıb. Ötən həftə Almaniya hakimiyyəti Ukraynaya iki patrul zirehli maşını da göndərib.

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il martın 6-dək olan müddətdə 2,6 milyard avrodan artıq hərbi təyinatlı məhsulların ixracı üçün ayrıca icazələr verib.

Nigar