Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib

DÜNYA

286

08.03.2023, 15:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib.
 
Oxu24.com-un  xəbərinə görə, bu barədə Hindistanın “Idrw” portalı məlumat yayıb.
 
 
Qeyd edilib ki, keçən il Hindistana səfər edən Ermənistan nümayəndə heyəti “Kalyani Strategic Systems Limited” şirkətinin 155 mm-lik “MArG” haubitsalarının sınağını keçirib.
 
Ermənistan nümayəndə heyəti Azərbaycanla münaqişə şəraitində yüksək dağlıq ərazidə istifadə üçün haubitsalar axtarıb və şirkət 8 ay ərzində hazırlanan özüyeriyən haubitsaları Ermənistana təklif edib. Sınaqlar 40 gün davam edib və erməni hərbçilərin kriteriyalarına cavab verib.
 
Qeyd edək ki, keçən ilin noyabrında Hindistan mətbuatı Dehlinin Ermənistana 155 mm-lik ATAGS daşınan haubitsaları təklif etdiyini yazmışdı.
 
Miri Məcidli