Qaynar xətt:

(+99450) 247 90 86

Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb

Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb

DÜNYA

249

08.03.2023, 17:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suriya millisinin sabiq kapitanı Əhməd əl-Saleh futboldan ömürlük uzaqlaşdırılıb.

Oxu24.com  "Reuters"ə istinadən xəbər verir ki, buna hazırda "Əl-Caiş" komandasında çıxış edən 34 yaşlı müdafiəçinin "Əl-Vətba"ya qarşı çempionat matçında baş hakimə hücum çəkməsi səbəb olub.

Təcrübəli oyunçu qırmızı vərəqə aldıqdan sonra referinin üzərinə gedərək ona tüpürüb.

Əl-Saleh diskvalifikasiya ilə yanaşı, pul cəriməsi də alıb. Futbolçu 600 000 ABŞ dolları, klubu isə 1,2 milyon dollar ziyana düşüb.