Qaynar xətt:

(+99450) 247 90 86

Meksikada oğurlanan ABŞ vətəndaşlarından 2-si ölü tapılıb

Meksikada oğurlanan ABŞ vətəndaşlarından 2-si ölü tapılıb

DÜNYA

275

08.03.2023, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatında yerləşən Matamoros şəhərində silahlı şəxslər tərəfindən qaçırılan ABŞ vətəndaşlarından 2-si öldürülüb

Bu barədə “Oxu24.com xarici mətbuata istinadən xəbər verir.

Tamaulipas ştatının qubernatoru Ameriko Villarreal ABŞ vətəndaşlarından daha 2-nin xilas edildiyini bildirib.

Qubernator sağ qalan ABŞ vətəndaşlarından birinin yaralı olduğunu qeyd edib. Məlumatlı mənbə mətbuata bildirib ki, sağ qalan kişi və qadın sağ-salamatdır və aidiyyəti orqanların nəzarəti altındadırlar.

Meksika Prezidenti Andres Manuel Lopes Obrador adam oğurluğu ilə bağlı bir nəfərin həbsdə olduğunu bildirib. ABŞ mətbuatı qaçırılan şəxslərin adlarını açıqlayıb.

ABŞ-ın Federal Təhqiqat Bürosu silahlı şəxslər tərəfindən qaçırılan amerikalıların ekstradisiyası və cinayətkarların həbsi üçün 50 min dollar mükafat vəd etmişdi.

Adam oğurluqları və digər cinayət hadisələrinin tez-tez baş verdiyi Tamaulipas əyalətindəki Matamoros şəhəri ABŞ Dövlət Departamentinin Meksikaya səyahət məsləhətləri siyahısında "Səviyyə 4: Səyahət etməyin" kateqoriyasındadır.