Rusiyanın Samara vilayət dumasının Kommunist Partiyasından olan deputatı Mixail Abdalkinə qarşı Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı inzibati protokol tərtib edilib.
Yeniavaz.com "Kommersant"a istinadən bildirir ki, protokol Novokuybışevsk şəhər məhkəməsinə təqdim edilib. Məhkəmə protokolu martın 7-də müzakirə edəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin parlamentdə çıxışı zamanı Abdalkin qulağına əriştə asaraq canlı yayımı izləyib və bu görüntülər sosial şəbəkələrdə yayılıb.
Yayılan məlumatlarda bildirilir ki, əslində Abdalkinə qarşı inzibati protokol bu videoya görə tərtib olunub.
Bundan əvvəl isə Samara vilayət dumasının deputatları Rusiya Kommunist Partiyasının vilayət komitəsinə onun partiya sıralarından çıxarılmasını təklif ediblər.
ŞƏRHLƏR