Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya  Baxmut şəhərinə üç istiqamətdə hücuma keçib

Rusiya  Baxmut şəhərinə üç istiqamətdə hücuma keçib

DÜNYA

216

04.03.2023, 16:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Silahlı Qüvvələri Ukraynanın Baxmut şəhərinə üç istiqamətdə hücuma keçib, şəhərdəki iki əsas körpü dağıdılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bu gün dərc etdiyi hesabatda bildirilib.


Məlumata görə, Ukraynanın Donbas vilayətində yerləşən Baxmut şəhərindəki Ukrayna qüvvələri getdikcə artan təzyiq altındadır, şəhərin həm daxilində, həmçinin şəhərin kənarında şiddətli döyüşlər gedir.

 

O da əlavə olunub ki, Baxmutun müdafiəsi üçün Ukrayna ordusunun elit bölmələri də cəlb olunub. Son 36 saat ərzində şəhərin iki əsas körpüsü partladılıb və onlardan birinin təminat yüklərinin daşındığı yolun üzərində olması orduya təminatın çatdırılmasını çətinləşdirir.

 

Miri Məcidli