Qaynar xətt:

(+99450) 247 90 86

Zaporojyedə  ölənlərin sayı 11-ə çatıb

Zaporojyedə  ölənlərin sayı 11-ə çatıb

DÜNYA

245

04.03.2023, 22:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Məlumata görə, ölənlərdən biri körpədir. Daha öncə səkkizaylıq qızın ailəsi ilə birgə həlak olduğu bildirilmişdi.

Xilasedicilər 11 nəfər, həmçinin 4 pişik və iti qurtara biliblər.

Qeyd olunub ki, ərazidə axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub.

 

Nigar