Qaynar xətt:

(+99450) 247 90 86

İngiltərə  Ukraynaya “Challenger 2” tankı verəcək

İngiltərə  Ukraynaya “Challenger 2” tankı verəcək

DÜNYA

217

04.03.2023, 12:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev iki dəfə çox “Challenger 2” tankı (14 əvəzinə 28) və daha çox (24 əvəzinə 33) “AS-90” 155 mm-lik özüyeriyən artilleriya qurğuları alacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna səfiri “Azadlıq Radiosu”na müsahibəsində bildirib.

Diplomat Ukraynanın digər silahlar, xüsusilə də təyyarələr əldə etmək variantlarını axtardığını da vurğulayıb və qeyd edib ki, NATO üzvlərinin hamısının ölkəmizdən silah tələbləri var.

Bundan başqa, o, əlavə edib ki, Böyük Britaniya Ukrayna qoşunlarının Britaniyada hərbi təlim keçmə müddətini əhəmiyyətli dərəcədə - iki yarım dəfə artırıb.

 

Miri Məcidli