Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan nüvə silahı ilə bağlı mühüm AÇIQLAMA

Rusiyadan nüvə silahı ilə bağlı mühüm AÇIQLAMA

DÜNYA

216

01.03.2023, 13:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etmək fikrində deyil.

 

“İlk növbədə demək istərdim ki, bizim nüvə doktrinamız var. Və orada deyilir ki, biz nüvə silahından ilk istifadə etməyəcəyik, onlardan yalnız Rusiyanın mövcudluğuna təhlükə yaranarsa istifadə edilə bilər”, -  deyə Polyanski vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, Ukraynada hərbi nöqteyi-nəzərdən nüvə silahından istifadənin “heç bir mənası yoxdur”.

 

Eyni zamanda o, əlavə edib ki, “bu, NATO-nun iştirakının dərəcəsindən və Rusiyanın üzləşəcəyi təhlükənin miqyasından asılıdır”.

 

Tərcümə: Miri Məcidli