Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83668
az

Yunanıstanda qatar qəzasında ölənlərin sayı 40-ı ötüb

10:4402 Mart, 2023
111
DÜNYA
  • A
Yunanıstanın Tempe vadisində baş verən qatar qəzasında ölənlərin sayı 43-ə çatıb. Oxu24.com xəbər verir ki, bu barədə Larisa şəhərinin məhkəmə-tibbi ekspertiza xidmətinin başçısı Rubini Leontari “ERT”yə açıqlamasında bildirib. R. Leontarinin sözlərinə görə, ölənlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi gərəklidir. Belə ki, meyitlər “çox pis vəziyyətdədir”. Yunanıstan yanğınsöndürmə xidmətinin məlumatına görə, toqquşmadan sonra 72 nəfər xəstəxanaya qaldırılıb. Onlardan 15-i sonradan xəstəxananı tərk edib. Xatırladaq ki, hadisə yerli vaxtla fevralın 28-dən martın 1-nə keçən gecə baş verib. Afinadan Salonikiyə gedən sərnişin qatarı sürətlə hərəkət edən yük qatarı ilə toqquşub. Fövqəladə vəziyyətlə bağlı aparılan araşdırmalar çərçivəsində Larisadakı dəmiryol vağzalının rəhbəri saxlanılıb. O, günahını etiraf edib. Yunanıstanın Maliyyə Nazirliyi ölənlərin dövlət hesabına dəfn edilməsinə qərar verib. Yunanıstan Prezidenti Katerina Sakellaropulu Moldovaya səfərini fəlakət səbəbindən yarımçıq qoyub. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Çinlə açıq əlaqə kanallarını saxlamaq niyyətindədir
Rostov vilayətinə raket hücumu olub
13 nəfər dənizdə öldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video