Qaynar xətt:

(+99450) 247 90 86

İran alman diplomatlarını ölkədən çıxarır

İran alman diplomatlarını ölkədən çıxarır

DÜNYA

280

01.03.2023, 22:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tehran iki alman diplomatını persona non-qrata elan edib.

Oxu24.com  xəbər  verir   ki, bu barədə  Tasnim xəbər agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaaniyə istinadən məlumat yayıb.

"İran İslam Respublikasının prioriteti qarşılıqlı hörmət mühitində ünsiyyət qurmaqdır. Amma müəyyən tərəflər ölkəmizin əsas qaydalarına və milli suverenliyinə məhəl qoymağa çalışsalar, o zaman mütləq alternativ həll yollarından qaçmaq olmaz", - deyə Kənani bildirib.

Alman diplomatlarını persona non-qrata elan etmək qərarı İran hakimiyyəti tərəfindən fevralın 22-də Berlin ikili - alman və İran vətəndaşlığı olan Cəmşid Şarməhdin ölüm hökmünə cavab olaraq iki iranlı diplomatı ölkədən çıxardıqdan sonra qəbul edilib.

 

Tərcümə: Nigar