Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan başsağlığı verdi

Ərdoğan başsağlığı verdi

DÜNYA

283

01.03.2023, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda baş verən qatar qəzası ilə bağlı Prezident Katerina Sakellaropoulou və ölkənin Baş naziri Kiryakos Miçotakisə başsağlığı verib.

Oxu24.com  “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Ərdoğan hadisədən dərin kədər hissi keçirdiyini bildirərək, qəzada həyatını itirənlərə görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Sərnişin qatarının bəzi vaqonlarının relsdən çıxması və qabaq vaqonların yanması ilə nəticələnən qəzada 36 nəfər ölüb, 25-i ağır olmaqla 85 nəfər yaralanıb.

 

Miri Məcidli