Qışda Avropada təbii qazın qiyməti üç dəfə azalaraq 1 000 kubmetr üçün təxminən 515 ABŞ dolları təşkil edib.
Oxu24.com ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir ki, ucuzlaşmanın əsas amillərindən biri qışın anomal isti keçməsi və qaz anbarlarının çox doldurulması olub.
Əgər noyabrın 30-da qaz fyuçersləri hər 1000 kubmetr üçün təxminən 1 550 ABŞ dollarına satılırdısa, fevralın 28-də bu rəqəm 515 ABŞ dolları səviyyəsində olub. Bu da qışın əvvəli ilə müqayisədə üç dəfə azdır.
Ən böyük ucuzlaşma fevralın 28-də, qazın qiymətinin 2021-ci ilin avqust ayının sonundan bəri ilk dəfə olaraq 505 ABŞ dollarına qədər düşdüyü vaxt müşahidə olunub.
Dekabrda Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 1 272 ABŞ dolları, yanvarda - 712, fevralda isə artıq təxminən 583 ABŞ dolları təşkil edib.
Oxu24.com
ŞƏRHLƏR