Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83560
az

Yaponiya Rusiyadan olan 48 nəfərə qarşı sanksiya tətbiq edib

11:5828 Fevral, 2023
78
  • A
Yaponiya hökuməti Rusiyadan olan 48 şəxsə, o cümlədən müdafiə nazirinin müavini Viktor Qoremıkin və “Kalaşnikov” konserninin rəhbəri Alan Luşnikova qarşı sanksiyalar tətbiq edib. "Oxu24.com" TASS-a istinadən xəbər verir ki, siyahıları Yaponiya Xarici İşlər Nazirliyi dərc edib. Onlar iki hissəyə bölünüb və Rusiya üçün (39 nəfər) və ayrıca Moskvanın nəzarətində olan qondarma “Krım”, “DXR”, “LPR”dən, habelə Ukraynanın Zaporojye və Xerson vilayətlərindən olan şəxslərin (9 nəfər) olduğu siyahısdan ibarətdir. Birinciyə Rusiya Federasiyası Prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi üzrə İdarəsinin rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının bəzi əməkdaşları daxildir. Bundan əlavə, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi çərçivəsində “sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən” malların ixracına qadağanın tətbiq olunduğunu elan edən bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu məhdudiyyətlərin təfərrüatları hələ müəyyən edilməyib və daha sonra açıqlanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-də NATO-nun sammiti keçiriləcək
Balasanyan da Paşinyana qarşı çıxdı - Xocalı qatili yenə xainlik etdi

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun